Mütəxəssislər paxlalı qidaları mütəmadi olaraq yeməyi məsləhət görürlər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, amerikalı mütəxəssislər paxlalı bitkilərin müntəzəm istehlakının arıqlamağa səbəb olduğunu bildiriblər. Xüsusilə, mütəxəssislər lobya, noxud və mərcimək yeməyin zəruriliyindən danışıblar.
Alimlər gündə 130 qram paxlalı bitkilərdən istifadə etməyi məsləhət görür.
Mütəxəssislər onu da vurğulayırlar ki, artıq çəkini azaltmaqla yanaşı, paxlalı bitkilər həmçinin qanda xolesterinin səviyyəsini aşağı salır.