Palma yağı haqqında bu fikirlər YANLIŞDIR
28 fevral 2024 11:24 (UTC +04:00)

Palma yağı haqqında bu fikirlər YANLIŞDIR

Palma yağı supermarket rəflərindəki bir çox məhsulların ayrılmaz hissəsinə çevrilib. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, palma yağının təhlükələri ilə bağlı bir çox yanlış fikir var.

Palma yağının ürək xəstəliyinə səbəb olması ilə bağlı iddialar da mövcuddur. Bu yağın tərkibində doymuş yağ turşuları var ki, bu turşular çox miqdarda istehlak edildikdə ürək-damar xəstəliklərinin inkişaf riskini artıra bilər. Lakin elmi araşdırmalar göstərir ki, bu cür xəstəliklərin yaranma riski həm də həyat tərzi, fiziki aktivliyin səviyyəsi və pəhrizin ümumi tərkibi kimi digər amillərdən də asılıdır.

Palma yağının uşaq qidasının keyfiyyətinə təsiri etdiyi düşünülür. Müasir tədqiqat və istehsalat təcrübələri uşaqların düzgün bəslənməsini təmin edərək, bu prosesi idarə etməyə imkan verir.

Palma yağı ilə xərçəng arasındakı əlaqə də diqqətli düşünməyi tələb edir. Elmi dəlillər ziddiyyətli görünür və palma yağının xərçəngə səbəb olduğuna dair hələ heç bir qəti sübut yoxdur. Bununla belə, digər qidalarda olduğu kimi, sağlam həyat tərzini qorumaq üçün orta miqdarda istehlak tövsiyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4101
avatar

Arzu Qurbanlı

Oxşar yazılar