Oturaq həyatın 3 mənfi   təsiri
10 yanvar 2023 10:32 (UTC +04:00)

Oturaq həyatın 3 mənfi təsiri

Oturaq həyat zamanla sağlamlığı öldürür.

Lent.az-ın məlumatına görə, oturaq işdə çalışmaq və evdə gününü keçirmək orqanizmə mənfi təsir göstərir.

1. Pis əhval-ruhiyyə

Lazımi qədər fiziki aktivliyin olmaması psixoloji, ruhi sferada da mənfi təsirini göstərir. Havasız kabinetlərdə, ofislərdə, evdə saatlarla qalmaq, bədənin eyni vəziyyətdə olması, dizlərin qatlanması, gözün eyni şeylərə baxması, orqanizmdə oksigen çatışmaması beyinin lazimi qədər qidalanmamasına gətirib çıxarır.

2. Yuxusuzluq, yaddaşsızlıq

Açıq havada gəzməyən, təbiətdə çalışmayan insanda daim oksigen aclığı olur, başına qan işləmir. Onun yuxusu az, səthi olur, yuxudan doymur və ya heç yata bilmir. Yuxusuzluq isə müxtəlif psixi və fiziki xəstəliklərə səbəb olur. Hormonal balans pozulur, insan kökəlir, piylənir, intelekti azalır, qocalır, daim gərgin, təşvişli olur.

3. Ürək-damar sistemi zəifləyir

Hərəkət etməyən insanın ürəyi zəifləyir, damarları tutulur. Bütün bunlardan qorunmaq və xilas olmaq üçün günün ən azı 2-3 saatını bədəni aktiv hərəkətə cəlb etmək, işdə də olsa 15 dəqiqə gəzmək, müxtəlif yüngül dartınma hərəkətləri, gimnastika etmək lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2049
avatar

Arzu Qurbanlı

Oxşar yazılar