Ördəklərlə  göldə çimənlərə   XƏBƏRDARLIQ
18 iyul 2022 09:09 (UTC +04:00)

Ördəklərlə göldə çimənlərə XƏBƏRDARLIQ

Dermatoveneroloq Yuliya Melnikova ördəklərin üzdüyü gölməçələrdə çimməyin təhlükələri barədə xəbərdarlıq edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, onun sözlərinə görə, insan qırtlağın şişməsinə səbəb olan serkaridoz (naməlum etiologiyalı xronik multisystem xəstəliyi olub, limfositlər və mononuklearların toplanması, qeyri-kazein epiteloid qranulomanın əmələ gəlməsi və zədələnən orqanın normal strukturasının pozulması ilə xarakterizə olunur-red.) xəstəliyinə yoluxa bilər.

“Xəstəliyə serkaridoz, “gicitkən” və ya “ördək gənəsi” deyilir. Bu, bədən istiliyinin artması, dərinin qaşınması, qırmızı qabarcıqların görünüşü ilə müşayiət olunur və qırtlağın şişməsinə qədər allergik reaksiyaya səbəb ola bilər”, - dermatoloq izah edib.

Onun sözlərinə görə, ördəklər və digər su quşları helmint sürfələrini daşıya bilən "uçan siçovullardır". Melnikova qeyd edir ki, suyun isti və ya durğun olması halında infeksiya riski artır.

O, həmçinin vurğulayır ki, serkaridoz gənc uşaqlar üçün ən böyük təhlükədir.
 

 

# 2487
avatar

Oxşar yazılar