Yaponiyanın Kyoto Tibb Universitetinin tədqiqatçıları Çinin Wuhan şəhərində Kovid-19-un ilk yoluxma halı ilə variantlar arasındakı fərqləri araşdırıblar.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, BioRxiv-də paylaşılan tədqiqat nəticələri göstərib ki, virusun Alpha, Beta, Delta və Omicron variantları plastik səthlərdə və dəridə Wuhan ştammından 2 dəfə çox yaşaya bilir. Tədqiqatda Wuhan tipinin plastik səthlərdə orta ömrü 56 saat, Alpha variantının 191,3 saat, Beta variantının 156,6 saat, Delta variantının 114 saat, Omicron variantının isə 193,5 saat, İnsan dərisində isə virusun dəyişməmiş halının 8,6 saat, Alpha variantının 19,6, Beta variantının19,6, Delta variantının 16,8 və Omicron variantının isə 21,1 saat canlılığını qoruduğu nəticəsini əldə ediblər. Tədqiqatçılar həmçinin qeyd ediblər ki, virusun bütün variantları 35 faiz spirt məhlulu ilə təmasda 15 saniyə ərzində təsirini itirirlər.