Omicron 110 ölkədə aşkar edildi
24 dekabr 2021 17:43 (UTC +04:00)

Omicron 110 ölkədə aşkar edildi

Yeni Omicron coronavirus ştammı bütün dünyada yayılmağa davam edir.

Lent.az xarici mediaya istinadla bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, Omicron ştammı dünyanın 110 ölkəsində müəyyən edilib.

Ümumdünya Səhiyyə Təşkilatının bəyanatında qeyd olunur ki, Omicron ştammı "Delta" ilə müqayisədə daha sürətli yayılır.

İki-üç gün ərzində yoluxanların sayında iki dəfə artım qeydə alınır.

Omicron ştammı ilə yoluxma zamanı xəstəliyin ağırlığı haqqında məlumat hələ də məhduddur.

Cənubi Afrika, Danimarka və Böyük Britaniyanın məlumatlarına görə, Omicron infeksiyası ilə xəstəxanaya yerləşdirmə riski “Delta” infeksiyası ilə müqayisədə daha azdır.

Bunun peyvənd və ya xəstəlik nəticəsində əldə edilən immunitetə bağlı olub-olmaması və Omicron ştammının virulentliyinin "Delta" ilə müqayisədə nə qədər aşağı olduğu hələ məlum deyil.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1605
avatar

Oxşar yazılar