ABŞ alimləri ölümcül xərçəng xəstəliyinin təkrarlanmaması üçün yeni müalicə növü tapıblar.
Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, Sinsinnati Universitetində aparılan tədqiqatlar zamanı məlum olub ki, immunoterapiyada pembrolizumab dərmanının istifadəsi ən yaxşı vasitədir.
Pembrolizumabın terapiyada tətbiqi xərçəng xəstələrinin 20 faizində müsbət irəliləyişlərin olduğunu göstərib.
Kemoterapi, cərrahiyyə və digər üsulları əhatə edən əvvəlki müalicələrlə xərçəngin geri qayıtma riski təxminən 30-50 faiz təşkil edirdi. Yeni dərman ilə isə bu təkrarlanmanın qarşısının alınacağı güman edilir.
Tədqiqatın tam nəticələri tezliklə “Clinical Cancer Research” jurnalında təsvir ediləcək.