Niyə qida rasionuna  kivi   əlavə etməliyik?
14 may 2024 14:50 (UTC +04:00)

Niyə qida rasionuna kivi əlavə etməliyik?

Araşdırmalara görə, kivi yemək orqanizm üçün çox faydalıdır.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, tərkibindəki vitamin, mineral və digər faydalı maddələrə görə, kivi 27 meyvə ilə müqayisə edilib. 

C, E vitaminləri, antioksidantlar və bir sıra faydalı maddələrlə yanaşı kivinin tərkibində pəhriz lifi və fol turşusu var. Alimlər hesablayıblar ki, meyvənin orta hesabla iki porsiyasında bir banan qədər kalium var.

Amma ən maraqlısı odur ki, kivinin tərkibində praktiki olaraq heç bir kalori yoxdur. Buna görə də meyvənin yaşlı insanların pəhrizinə daxil edilməsi tövsiyə olunur.

Kivi müntəzəm olaraq istehlak edildikdə sümükləri və qan damarlarını gücləndirir, həzmi yaxşılaşdırır, orqanizmi təmizləyir.

Bundan əlavə, kivi qanda xolesterinin səviyyəsini normallaşdırır, sağlamlığı yaxşılaşdırır, dəri və normal yuxu üçün faydalıdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2775
avatar

Arzu Qurbanlı

Oxşar yazılar