Niyə mütləq  şüyüd   yeməliyik?
05 iyun 2024 18:54 (UTC +04:00)

Niyə mütləq şüyüd yeməliyik?

Bitkilər vitamin və qida maddələrinin ən etibarlı tədarükçüsü hesab olunur. Üstəlik, bəzi göyərtilər ən sağlam tərəvəzlərdən geri qalmır.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər xüsusilə şüyüdün qida rasionuna əlavə edilməsini məsləhət görürlər.

Bu göyərti qan şəkərini normallaşdırır, bakteriyalarla mübarizə aparır, həmçinin sümük sağlamlığı üçün faydalıdır. Şüyüddə A, C vitaminləri, kalsium, dəmir, maqnezium, kalium, manqan və fol turşusu, flavonoidlər, terpenoidlər və taninlər var.

Bundan əlavə, şüyüd karbohidratlar, liflər, yağlar və zülallardan ibarətdir.

Şüyüd yemək kimə lazımdır?

1. Şüyüdün tərkibində antibakterial təsir göstərən və patogen bakteriyalarla mübarizə aparan efir yağları var.

2. Şüyüd qanda pis xolesterinin səviyyəsini azaldır, trigliseridləri azaldır və şəkərin səviyyəsini normallaşdırır.

3. Tərkibindəki kalsium və maqnezium sayəsində göyərti sümük sağlamlığını yaxşılaşdırmağa kömək edir.

Əks göstərişlər

Bu göyərti yalnız şüyüd alerjisi və ya fərdi dözümsüzlüyü olduqda istehlak üçün tövsiyə edilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 26232
avatar

Arzu Qurbanlı

Oxşar yazılar