Naməlum xəstəlik 15 nəfəri öldürdü
09 fevral 2021 16:34 (UTC +04:00)

Naməlum xəstəlik 15 nəfəri öldürdü

Tanzaniyada naməlum xəstəlikdən ən azı 15 nəfər ölüb, 50-dən çoxu xəstəxanaya yerləşdirilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu haqda ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi məlumat verib.

Tanzaniyanın cənubundakı bilinməyən bir infeksiya əksəriyyətdə ürək bulanmasına və qanlı qusmaya səbəb olur.

Xəstələri klinik cəhətdən qiymətləndirmək və epidemiyanın səbəbini araşdırmaq üçün tibbi ekspertlər qrupu göndərilib.

“Bu xəstəlik geniş yayılmayıb, epidemiya yalnız bir inzibati ərazidə - İfumboda baş verib. Burada qan qusan insanları xəstəxanaya çatdırılması yubandığından ölüblər”, - ərazinin həkimi Çunya Felista Kisandu vurğulayıb. 

Xəstəliyin səbəbinin hələ müəyyən edilməməsinə baxmayaraq, Tanzaniya Səhiyyə Nazirliyi bir epidemiyanın yayıldığı istisna edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2808
avatar

Oxşar yazılar