Mükəmməl qəhvə tapıldı - 21 məşhur qəhvə   növü sınaqdan keçirildi
28 may 2026 16:05 (UTC +04:00)

Mükəmməl qəhvə tapıldı - 21 məşhur qəhvə növü sınaqdan keçirildi

0

Supermarketdə qəhvə seçmək çox vaxt çətin olur. Rəflərdəki onlarla fərqli marka və cəlbedici yazılar alıcıları çaşdırır, yüksək qiymət isə hər zaman keyfiyyətli məhsul demək deyil. Məhz buna görə Almaniyanın nüfuzlu "Stiftung Varentest" təşkilatı mağazalarda satılan 21 məşhur dənəvər qəhvə növünü geniş şəkildə test edib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya altı növ espresso və krema işarəsi ilə satışa çıxarılan on beş qəhvə daxil edilib. Ekspertlər məhsulları bir neçə əsas meyar üzrə qiymətləndiriblər.

Qiymətləndirmənin 55 faizini sensor göstəricilər təşkil edib. Mütəxəssislər qəhvənin ətri, dadı, görünüşü, teksturası və son dadını analiz ediblər. Dad testi xüsusi laboratoriya şəraitində aparılıb. Qəhvə avtomatik aparatlarda hazırlanıb və nəticələrin obyektiv olması üçün şəkər və süd istifadə edilməyib.

Bundan əlavə, laborator analiz zamanı məhsullarda ağır metallar, mineral yağlar, akrilamid və furan maddələrinin olub-olmaması yoxlanılıb. Ekspertlər həmçinin “100% arabika” yazısının həqiqiliyini, kofein səviyyəsini, qablaşdırmanın keyfiyyətini və qovurma dərəcəsini də araşdırıblar.

Testin nəticələrinə əsasən siyahının lideri "Lavazza Espresso Italiano Cremoso" olub. Məhsul harmonik və intensiv aromatı, zəngin dadı ilə ekspertlərdən demək olar ki, maksimum 1,0 bal alıb. Ümumi yekun qiymətləndirmə isə 1,8 olub.

İkinci yerdə isə Seqafredo Intermezzo qərarlaşıb. Məhsulun yekun qiyməti 1,9 olub. Laborator göstəricilərdə liderdən bir qədər geri qalsa da, bütün təhlükəsizlik standartlarına tam uyğun hesab edilib.

Ekspertlər vacib bir məqama da diqqət çəkiblər. Akrilamid və furan izləri test edilən bütün qəhvə nümunələrində aşkarlanıb. Bununla belə, mütəxəssislər bildiriblər ki, bu maddələr qəhvə dənələrinin qovrulması zamanı təbii şəkildə yaranır və aşkarlanan miqdar icazə verilən təhlükəsizlik normaları çərçivəsindədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 158

Oxşar yazılar