Möcüzəvi qida  - Mikrobları öldürür, xərçənglə mübarizə aparır...
30 aprel 2021 09:29 (UTC +04:00)

Möcüzəvi qida - Mikrobları öldürür, xərçənglə mübarizə aparır...

Möcüzəvi qida olaraq bilinən arı südünün faydaları saysız-hesabsızdır. Arı südü arıçılıq məhsullarından biridir. Bu, cavan arılarda xüsusi vəzlərdə yaranan bir məhsuldur. Körpə işçi arıların çənə vəzilərində hazırlanır. Qatı, ağımtıl-şəffaf, jeləyəbənzər kütlə kimi olur, sonradan parıltısız sarımtıl çalarlar əldə edir. Arı südü zülallar, yağlar, karbohidratlar, vitaminlərlə zəngindir. Amma onun tərkibində zülallar və vitaminlər üstünlük təşkil edir.

Lent.az xəbər verir ki, arı südü əsasən immuniteti gücləndirən, mikrobları məhv edən təbii dərman kimi qəbul olunur. Bir çox xəstəliklərin, o cümlədən xərçəngin müalicəsində tövsiyə olunur. Arı südünün diabet xəstələri üçün faydalı olmasına dair bir çox dəlillər var. İddialara görə, arı südü qanda şəkər səviyyəsinin azalmasına səbəb olur.

Arı südünün faydalarından biri də yüksək protein və karbohidrat tərkibli olmasıdır. Onun tərkibi orqanizmi sağlamlıq üçün vacib olan bir sıra vacib qidalarla təmin edir. Məlumatlara görə, bir çox xəstəlik üçün şəfa verən arı südü eyni zamanda qanın xərçəng hüceyrələrinə getməsini dayandırır xərçəngin inkişafının qarşısını alır.

Arı südünün arıqlamağa da kömək etdiyi bildirilir. Birbaşa təsir etməsə də fiziki aktivlik, idman zamanı qəbul olunanda müsbət təsir edir. Kalorisi az olduğu üçün pəhriz zamanı asanlıqla qəbul edilə bilər.

Reproduktivliyi artırır. Sonsuzluq probleminin həllini asanlaşdırır. Bu mövzuda hələ çox dəqiq bir araşdırma aparılmasa da, bəzi araşdırmalarda arı südünün antioksidant xüsusiyyətləri sayəsində sperma istehsalını artırdığı və reproduktivliyə kömək etdiyi deyilir.

Dərini genişləndirir. Arı südündə yaşlanma əlamətləri ilə mübarizə aparan maddələr, antioksidantlar var. Bunlar dərini cavanlaşdırır, məsamələri dartır və yaşlanmaya səbəb olan sərbəst radikallarla mübarizə aparır. Digər tərəfdən arı südü ekzema, sızanaq və kandida kimi dəri problemlərini yaxşılaşdırmağa kömək edir.

Arı südünün zərərləri də varmı?

Məlumatlara görə, bütün təbii qidalar kimi onun da bəzi yan təsirləri ola bilər. Mütəxəssislər hamilə qadınlara və süd verən analara arı südündən istifadə etməyi uyğun görmürlər. Digər tərəfdən, arı südü bədəndə allergiyaya da səbəb ola bilər və qan təzyiqini aşağı salması mümkündür. Onu istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək, bu qidanın üçün uyğun olub-olmadığını öyrənmək lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2424
avatar

Oxşar yazılar