Koronavirusun Hindistan ştammı ilə bağlı  HƏYƏCAN TƏBİLİ 
12 iyul 2021 19:53 (UTC +04:00)

Koronavirusun Hindistan ştammı ilə bağlı HƏYƏCAN TƏBİLİ 

Koronavirusun Hindistan ştammı artıq 104 ölkəyə yayılıb və tezliklə dünyada dominant olacaq. 

Lent.az xarici mediaya istinadla bildirir ki. bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesus bəyan edib. 

Ekspert  virusun "delta" variantının digər mutasiyalara nisbətən daha yüksək dərəcədə yoluxucu olduğunu xatırladıb. O, qlobal epidemioloji vəziyyətin pisləşməsinə və xəstəlik sayının artmasına işarə edib.

O, ötən həftə ərzində dünyada COVID-19 xəstələrinin sayında artım olduğnu da vurğulayıb. Eyni zamanda xəstəliyin ağırlaşması səbəbindən ölənlərin də sayıa rtmaqdadır. 

ÜST-ün baş direktoru, ən çətin vəziyyətin koronavirus peyvəndlərinə girişin məhdud olan ölkələrdə qaldığını vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3084
avatar

Oxşar yazılar