Koronavirusu  zərərsizləşdirən   yeni üsul kəşf edildi
02 mart 2023 18:40 (UTC +04:00)

Koronavirusu zərərsizləşdirən yeni üsul kəşf edildi

Barselona Muxtar Universitetinin alimləri koronavirusa qarşı nanohissəciklər yaradıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər amiloidlərin strukturunu təkrarlayan və SARS-CoV-2 koronavirusunu zərərsizləşdirə bilən yeni nanohissəcik növü hazırlayıblar. 

Nanohissəcikləri yaratmaq üçün tədqiqatçılar iki mini-proteini LCB35 və LCB1 birləşdirən Sup3 maya peptidindən istifadə ediblər. Bu mini zülallar onlara sabitlik gətirən və viral zülal ilə çoxlu əlaqə yaratmağa imkan verən üçlü spiral quruluşa malikdir.

Təcrübələr göstərib ki, nanohissəciklər koronavirusa bənzər hissəciklərin SC2-VLP-nin səthində ACE2r reseptorunu ifadə edən hüceyrələrin membranı ilə birləşməsinin qarşısını alır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1539
avatar

Arzu Qurbanlı

Oxşar yazılar