Koronavirus  infarkta   səbəb ola bilər?
16 yanvar 2023 19:40 (UTC +04:00)

Koronavirus infarkta səbəb ola bilər?

COVID-19 pandemiyası dövründə infarktların sayı əhəmiyyətli dərəcədə artıb. 

Lent.az xəbər verir ki, onlarla araşdırma koronavirusla ürək xəstəlikləri arasında heç bir əlaqə olmadığını sübut edib.

Lakin infarkt hallarının artmasının səbəbi koronavirusla bağlıdır.

1. Birinci səbəb pandemiya dövründə “ilkin səhiyyə xidmətlərinin” dayandırılmasıdır. Pandemiya dövründə xüsusilə komendant saatı səbəbindən profilaktik səhiyyə xidmətləri ciddi şəkildə pozulub. Ürək xəstələrinin və ya ürək xəstəliyinə namizədlərinin çoxu vacib tədbirləri edə bilməyiblər. 

2. Pandemiya müddətində hər kəs oturaq həyat sürmək məcburiyyətində qalıb və tənbəl bir dövr keçirib. Bu, ürək-damar sağlamlığımıza mənfi təsir edir. 

3. İnsanların pəhrizləri dəyişib. Evdə qaldığımız müddət zərərli qidalara üstünlük vermişik.  

4. Pandemiyanın gətirdiyi sosial təcrid, ruhi təzyiq, depressiv hisslər və tənhalıq infarkt riskini artırıb.

5. Gec yatıb, gec oyanmaq, yuxusuzluq ürək sağlamlığına ciddi zərər vurur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1809
avatar

Arzu Qurbanlı

Oxşar yazılar