Koronavirus beyni 20 il qocaldır - ARAŞDIRMA
21 fevral 2024 08:21 (UTC +04:00)

Koronavirus beyni 20 il qocaldır - ARAŞDIRMA

Liverpul Universitetinin İnfeksion Neyrobiologiya Laboratoriyasının direktoru Benedikt Mayklın rəhbərlik etdiyi bir qrup alim koronavirusa yoluxmuş insanlar arasında araşdırma aparıb.

Lent.az xəbər verir ki, belə xəstələrin 46%-i “beyin dumanı” və digər problemlərdən – yaddaş itkisindən, diqqəti cəmləməkdə çətinlik çəkməsindən şikayətlənib.

Tədqiqatçılar, tədqiqatda iştirak edənlərin idrak qabiliyyətlərinin daha yavaş olduğunu və üç psixi pozğunluqdan ən azı birindən əziyyət çəkdiyini aşkar etdilər: depressiya, narahatlıq və ya travma sonrası stress pozğunluğu. 
Bundan əlavə, müxtəlif biomarkerlərə əsaslanaraq, COVID-19-dan əziyyət çəkdikdən bir il sonra 351 xəstədə travmatik beyin zədəsi aşkar edilib. Skanerlər göstərdi ki, sağ qalanların beyninin diqqətə cavabdeh olan sahələri həcmcə azalıb. Ümumiyyətlə, elm adamları belə qənaətə gəliblər ki, koronavirusdan sonra insan beyni fəaliyyətsizlik göstərir, beyin 20 yaş qocalmış kimi görünür.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3150
avatar

Oxşar yazılar