Kolon xərçənginə səbəb olan iki əsas amil
16 may 2024 09:57 (UTC +04:00)

Kolon xərçənginə səbəb olan iki əsas amil

Elm adamları kolon xərçəngi riskinin artması ilə əlaqəli iki anatomik quruluşa diqqət yetiriblər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu tapıntılar müxtəlif ölkələrdən, o cümlədən Avropa və ABŞ-dan olan tibb mütəxəssisləri tərəfindən aparılan böyük araşdırmada üzə çıxıb.

Kolon xərçəngi ilə əlaqəli xəstəliklər ən çox yayılmışlar arasındadır. Bütün xərçəng hadisələrinin təxminən 10% -ni təşkil edirlər və dünyada xərçəng ölümlərində ikinci yeri tuturlar.

Kolon xərçəngi adətən yaşla əlaqəli olsa da, statistika göstərir ki, gənc insanlar bu xəstəliyə daha çox həssas olurlar. Alimlər 2019-2024-cü illər arasında İngiltərədə kolon xərçəngindən ölümlərin kişilər arasında 26%, qadınlar arasında isə 39% artacağını proqnozlaşdırırlar.

Mütəxəssislər bu tendensiyanı izah edə biləcək bir neçə amili qeyd edirlər. Ən son araşdırmalardan birində alimlər xərçəngin “cavanlaşması”nı sonrakı nəsillərdə sürətlənmiş bioloji qocalma ilə əlaqələndiriblər.

Mövzu ilə bağlı ən böyük araşdırmada İspaniya, Almaniya, Fransa, Yunanıstan və digər ölkələrdən olan 25-dən çox tibb mütəxəssisi anatomik xüsusiyyətlərin kolon xərçənginə qarşı həssaslığa təsirini daha yaxından araşdırıb.

Alimlər Böyük Britaniya Biobankının yüz minlərlə iştirakçısının böyük bir nümunəsindən istifadə ediblər və GTex (Genotype-Tissue Expression Project) verilənlər bazasından 838 ölmüş donorun toxumalarından alınan genetik məlumatları təhlil ediblər.

Genomik analiz, statistik metodlar və digər üsullardan istifadə edən tədqiqatçılar müəyyən ediblər ki, genetik olaraq piylənməyə meylli olan insanlar kolon xərçənginə tutulma riski daha yüksəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3144
avatar

Arzu Qurbanlı

Oxşar yazılar