Kivini  qabığı ilə yeyin:   Daha FAYDALIDIR
13 may 2024 09:49 (UTC +04:00)

Kivini qabığı ilə yeyin: Daha FAYDALIDIR

Kivinin faydaları haqqında hər kəs eşidib. Lakin az adam bilir ki, bu meyvəni qabığı ilə yemək daha faydalıdır.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, kivi qabığı çox sağlamdır. Tərkibində çoxlu lif, fol turşusu, kalium, C və E vitaminləri var.

Qabıqda bu faydalı maddələr kivinin özündən də çoxdur. Kivi qabığı ilə yeməkdən əvvəl onu yaxşıca yumaq lazımdır.

Yadda saxlamaq lazımdır ki, kivi qabığı ilə və ya qabığı olmadan çox miqdarda istehlak edilməməlidir, çünki bu, həzm problemlərinə səbəb ola bilər.

Gündə iki və ya üç kivi qabığı olmadan, bir ədədi isə kivini qabığı ilə yeyə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3780
avatar

Arzu Qurbanlı

Oxşar yazılar