Türkiyədə 40 yaşlı kişi uşaqlıqda sidik kisəsini böyüdüb və kateterli stoma qoydurduğu üçün kateterində problemlə xəstəxanaya yerləşdirilib.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, spina bifida xəstəliyindən əziyyət çəkən pasiyentdə ağrı, qızdırma və infeksiya əlamətləri olmasa da, sidik kisəsinin ultrasəs müayinəsi zamanı problem aşkarlanıb: həndəsi formalı altı “nəhəng” sidik kisəsi daşı.
Sidik kisəsindəki daşların çıxarılması üçün cərrahi əməliyyat olan sistolitotomiya əməliyyatı aparılıb və həkimlər 7x7x7 santimetr ölçüdə kubşəkilli daş, piramida şəkilli daşların isə hər biri təxminən 6x6x6 santimetr ölçüdə olduğunu aşkar ediblər. Ümumilikdə daşların çəkisi 2 kiloqram olub.
Xəstə 10 gün xəstəxanada qaldıqdan sonra evə buraxılıb və sonrakı müayinələrdə yeni daş aşkar edilməyib.