Kartofu bir də bu cür bişirin - FAYDALIDIR
06 mart 2024 11:11 (UTC +04:00)

Kartofu bir də bu cür bişirin - FAYDALIDIR

Qidalanma mütəxəssisi Eva Truseviç kartofun hansı formada daha faydalı olduğunu açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, kartofun kalorili məzmunu və sağlamlıq dəyəri yemək üsulundan əhəmiyyətli dərəcədə asılıdır.

Onun sözlərinə görə, kartofun faydaları bişirmə üsulundan asılı olaraq dəyişir:

“Tədqiqat nəticəsində məlum olub ki, qaynadılmış kartofun glisemik indeksi 58-88 arasında dəyişə bilər. Bu o deməkdir ki, qan şəkərinin səviyyəsi çeşiddən və porsiya ölçüsündən asılı olaraq orta və ya kəskin şəkildə arta bilər. Burada kartofun ölçüsü də rol oynayır: ölçüsü nə qədər kiçik olsa, glisemik indeks də bir o qədər yüksəkdir. Yeri gəlmişkən, kartofun böyük həcmdə suda uzun müddət qaynadılması nəticəsində nişastanın kristal quruluşu dəyişir və daha həzm olunan olur. Qaynadılmış kartofu soyuducuda saxlamaq daha məsləhətlidir. Çünki bu halda glisemik indeks təxminən 25-30% azaldıla bilər. Kartof qabığı özündə lif, mikro və makroelementləri saxlayır, ona görə də qabığını soymağa ehtiyac yoxdur. Əgər kartofu bu şəkildə bişirsəniz, daha çox C və B vitaminlərini, həmçinin kalium və maqneziumu saxlayacaq. Bişmiş və ya qızardılmış kartof da aşağı glisemik indeksə malikdir. Ancaq kartof qızartması o qədər də sağlam deyil, çünki nəticədə vitaminlərin çoxu itiriləcək, lakin glisemik indeks və kalori miqdarı əhəmiyyətli dərəcədə artacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 20463

Oxşar yazılar