Kariyes hansı xəstəliklərə  gətirib çıxara bilər? 
29 mart 2024 00:54 (UTC +04:00)

Kariyes hansı xəstəliklərə gətirib çıxara bilər? 

Kariyes pnevmoniya və xoraların inkişafına səbəb ola bilər. 

Lent.az xəbər verir ki, bunu həkim-reabilitoloq Sergey Aqapkin bildirib.

Onun sözlərinə görə, kariyes ağız boşluğunda bakteriyaların nəzarətsiz şəkildə çoxalması zamanı yaranır. Bu bakteriyalar mədəyə düşdükdə isə orada iltihaba səbəb olurlar. Bu, qastrit və mədə xorasına səbəb olan “Helicobacter pylori” bakteriyasının inkişafı üçün əlverişli mühitdir.

Aqapkin bildirir ki, kariyes pnevmoniya riskini də artıra bilər.

“Tüpürcək hissəcikləri, tərkibindəki bakteriyalarla birlikdə ağciyərlərə daxil olaraq aspirasiya pnevmoniyasına səbəb ola bilər”, - həkim qeyd edib. 


 

# 2631
avatar

Oxşar yazılar