Həkimlər insult riskini artıran əsas amilləri müəyyən ediblər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, əgər, insan qeyri-sağlam həyat tərzi keçirirsə, pis qidalanırsa, az hərəkət edirsə, pis vərdişlərə malikdirsə insult riski artır.
45 yaşdan sonra hər 10 ildən bir risk iki dəfə artır. Bundan əlavə, fiziki fəaliyyətin olmaması, yüksək xolesterin, yuxarı təzyiq, piylənmə, siqaret çəkmək, alkoqol və ya narkotik istifadəsi insult riskinə səbəb olur.