Həkimlər  peyvəndlə bağlı mifləri   dağıtdılar
16 iyul 2021 18:13 (UTC +04:00)

Həkimlər peyvəndlə bağlı mifləri dağıtdılar

Peyvənd yeri nəmləndirilə bilər, peyvəndlənəndən sonra Günəş altında qalmağı məhdudlaşdırmaq lazım deyil, amma spirtli içki qəbul etməmək daha yaxşıdır.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, həkim-terapevtlər peyvəndlə bağlı dörd mifi dağıdıblar.

 “Peyvənddən sonra insanda hərarət varsa, dənizə girməyin və hamamda çimməyin  - ürək-damar və digər sistemlərdən arzuolunmaz reaksiyalar ortaya çıxa bilər”, - həkimlər vurğulayıblar.

Əgər özünüzü normal hiss edirsinizsə, duş qəbul edə və ya su hövzəsində üzə bilərsiniz. Həkim çimməklə bağlı qadağanı miflərdən biri adlandırır. Ancaq peyvənd vurulan sahəsini hamam lifi (moçalka) ilə sürtmək arzuolunmazdır.
 
Alkoqolli içki isə peyvənddən sonra vəziyyəti daha da ağırlaşdıra bilər.

Alkol, tanınmış bir immunosupresandır, yəni immuniteti zəiflədən bir vasitədir. Buna görə peyvənddən sonra antitel istehsalına mənfi təsir göstərə bilər.

Bu səbəbdən həkimlər peyvənddən sonra alkoqolun müvəqqəti dayandırılması tövsiyələrinə laqeyd yanaşmamağa çağırır.

Həkimlərin iddiasına görə, orta dərəcədə günəş şüaları peyvənddən sonra insana zərər verməyəcək. Beləliklə, peyvəndlə bağlı daha bir mif dağıdılmış olur.
 
Dördüncü mif peyvənddən sonra divanda uzanmağın daha yaxşı olduğunu söyləyir.

Həkimlər bununla razılaşmırlar, kimsə həddindən artıq fiziki aktivliyin arzuolunmaz olduğuna inanır, çünki peyvənddən sonrakı reaksiyalarla "üst-üstə düşə bilər".

Digərləri, immunitet daxil olmaqla, bədənin bütün orqan və sistemlərinin işini yaxşılaşdırmağa kömək etdiyi üçün orta dərəcədə məşqlərin lazım olduğunu təsdiqləyirlər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3105
avatar

Oxşar yazılar