Oğurladığı nömrələri  öz maşınına qoyub sürən saxlanıldı
23 avqust 2025 11:33 (UTC +04:00)

Oğurladığı nömrələri öz maşınına qoyub sürən saxlanıldı

Abşeron rayonunda vətəndaşa məxsus “Opel” markalı  avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlanıb. 

Lent.az xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı F. Məmmədov nömrələri “Toyota” markalı avtomobilin üzərinə bağlayıb sürərkən müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 484

Oxşar yazılar