7 min metrlik zirvədən  düşə bilməyən alpinist dünyasını dəyişdi
23 avqust 2025 12:25 (UTC +04:00)

7 min metrlik zirvədən düşə bilməyən alpinist dünyasını dəyişdi

Qırğızıstanın Pobeda zirvəsində ayağı sındığı üçün 7 min metr hündürlükdə ilişib qalan rusiyalı alpinist Nataliya Naqovitsina dünyasını dəyişib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, onun cəsədini yalnız hava şəraiti normallaşdıqdan və helikopter zirvəyə göndərildikdən sonra götürmək mümkün olacaq. Həmçinin Naqovitsinanı xilas etməyə çalışan alpinistin cəsədini çıxarmağa göndərilən xilasedici qrup da geri çağırılıb.

Naqovitsina 12 avqustda eniş zamanı xəsarət alıb, yoldaşı ona ilkin tibbi yardım göstərib və dəstək üçün düşərgəyə yollanıb. Ertəsi gün ona iki əcnəbi kömək etməyə çalışsa da, yorğunluq və pis hava şəraiti buna mane olub. Nəticədə alpinist qadını gecə yatmaq üçün nəzərdə tutulan çadıra büküb dağda qoymaq məcburiyyətində qalıbar.

Sonradan Naqovitsina üçün xilasedicilər helikopterlə uçublar, lakin helikopter burulğanlı hava axınına düşərək sərt eniş edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 542

Oxşar yazılar