Bu tərəvəzləri bişirmək olmaz  - Kələm, sarımsaq, çuğundur və...
23 avqust 2025 10:17 (UTC +04:00)

Bu tərəvəzləri bişirmək olmaz - Kələm, sarımsaq, çuğundur və...

Bəzi tərəvəzlər bişirildikdə tərkibindəki faydalı maddələri itirir. Çiy tərəvəzlərin mütəmadi qəbulu xroniki xəstəliklərin riskini azaldır və ürək sağlamlığını qorumağa kömək edir. Üstəlik, onları bişirmək üçün vaxt sərf etməyə ehtiyac yoxdur.

Lent xarici mediaya istinadən bu barədə xəbər verir.

Sarımsaq

Dietoloq Steysi Vudson bildirir ki, təzə sarımsağın müntəzəm qəbulu xolesterin səviyyəsini normallaşdırır, qan şəkərini sabit saxlayır və təzyiqi tənzimləyir. O, sarımsağın ən yaxşısının doğranmadan və əzilmədən, kiçik tikələrlə yeyilməsi olduğunu vurğulayır.

Brokkoli

Bişirildikdə brokkoli bir çox faydalı maddələrini itirir. Buna görə də ən yaxşısı onu çiy şəkildə qəbul etməkdir. Çiy brokkoli sümük, ürək və həzm sistemi sağlamlığına müsbət təsir göstərir.

Çuğundur

Çiy çuğundurda istiliklə məhv olan betalaine maddələri qalır. Bu maddələr iltihabla mübarizədə vacib rol oynayır. Həmçinin çuğundurdakı təbii nitratlar qan təzyiqini aşağı salır ki, bu da hipertoniyası olan insanlar üçün faydalıdır.

Kələm

Xaççiçəkli bitkilər ailəsinin bu üzvü də çiy halda daha çox fayda verir. Diyetoloqlar həftədə ən azı 1,5 porsiya kələmin qəbulu ilə mədəaltı vəzin yükünü azaltmağı və ümumi sağlamlığı möhkəmləndirməyi tövsiyə edirlər. Dadı sərt görünərsə, yarpaqları salat sousu ilə yumşaltmaq olar.

Bolqar bibəri

Bir ədəd bolqar bibərində apelsindən iki dəfə çox C vitamini və kifayət qədər fol turşusu var. Lakin bişirildikdə bu maddələrin miqdarı azalır. Buna görə də bibəri çiy halda yemək daha faydalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 396

Oxşar yazılar