"Həddindən artıq arıqlıq immun sistemini zəiflədir" – Həkim danışdı
11 fevral 2023 15:36 (UTC +04:00)

"Həddindən artıq arıqlıq immun sistemini zəiflədir" – Həkim danışdı

“İmmun sisteminin zəifləməsində anadangəlmə xroniki xəstəliklər və infeksiyalar kimi faktorlarla yanaşı, qeyri-sağlam qidalanmanın böyük təsiri var”.

Lent.az-ın məlumatına görə, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqlaması zamanı deyib.

Onun sözlərinə görə, immunitet sisteminin güclü olması əhəmiyyətli dərəcədə qida rasionundakı makro və mikro elementlərin normasından asılıdır:

"İmmun sistemin zəifləməsinin ən çox yayılmış səbəbi balanssız qidalanmadır. Az proteinli qidalanma, artıq çəki və həddindən artıq arıqlıq immun sistemini zəiflədən amillərdir. Qeyd edim ki, A, B6, B12, C, D və E vitaminləri, selen, dəmir və sink immun sisteminin kompleks reaksiyalarını sürətləndirir. Bunlardan hər hansı birinin olmaması bədənimizi xarici amillərə qarşı həssas edir”.

Həkim həmçinin, onu da vurğulayıb ki, siqaret və alkoqol istifadəsi, radiasiyaya məruz qalma, keyfiyyətsiz yuxu və yuxunun az olması, istirahət etməmək, həddindən artıq stress yükü, tez-tez antibiotik və digər dərmanların istifadəsi immun sistemimizin zəifləməsində rol oynayan əsas səbəblərdəndir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2979
avatar

Sevinc Fərid

Oxşar yazılar