Hansı qidalar qocalmağın qarşısını alır? - DİETOLOQ AÇIQLADI
15 mart 2024 09:25 (UTC +04:00)

Hansı qidalar qocalmağın qarşısını alır? - DİETOLOQ AÇIQLADI

Dietoloq Oksana Mixaleva qocalmanı yavaşlatmağa kömək edən ucuz məhsulları açıqlayıb. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, aşağı dərəcəli xroniki iltihab, həmçinin oksidləşdirici stress qocalma prosesini sürətləndirə bilər.

Onun sözlərinə görə, ancaq təsirini yavaşlatan bir sıra məhsullar var:

“İlk növbədə, pəhrizinizə yağlı balıq əlavə etməlisiniz. Bu siyənək, skumbriya, qırmızı balıq ola bilər. Bundan əlavə, menyunuza kifayət qədər miqdarda tərəvəz, meyvə və göyərti daxil etməlisiniz. Pəhrizdə olan meyvələrin müxtəlif rənglərdə olması məsləhətdir. Gündə təxminən 500 qram meyvə yeməlisiniz. Sağlamlığınızı və görünüşünüzü yaxşılaşdırmaq üçün az yağlı və şəkərsiz süd yemək lazımdır. Yağsız ət məhsulları da fayda verəcək. Ona görə də ağ toyuq, hinduşka və s. yemək daha məsləhətdir".

# 3906
avatar

Arzu Qurbanlı

Oxşar yazılar