Gündə bir ovuc fındıq yemək orqanizmin zülal ehtiyacının bir hissəsini ödəyir. Tərkibindəki vitamin və minerallar orqanizmə bir çox faydalar təmin edir.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, əhəmiyyətli bir lif qaynağı olan çiy fındıq mədə və bağırsaq üçün faydalıdır. Fındıq bədəni enerji mənbəyi ilə də təmin edir. Çox yüksək qida dəyərinə malikdir və zülal, antioksidantlar, karbohidratlar, B riboflavin, tiamin, niasin, piridoksin, pantotenik, kalsium, kalium, sink və bir çox başqa vitamin və mineralları ehtiva edir.
Uşaqların müntəzəm olaraq fındıq istehlakı orqanizmin inkişafına kömək edir. Yorğun bədənləri formada saxlayaraq enerji verir. Bəzi xəstəliklərin yaratdığı yaraların tez sağalmasına və bağlanmasına kömək edir.
Fındıqdan əldə edilən yağ böyrək xəstələrinin müalicəsində istifadə olunur. Böyrəklərdə əmələ gələn daşların sürətli və ağrısız şəkildə azaldılmasını təmin edir.