Fəqərəarası disk yırtıqları nə zaman əməliyyat olunmalıdır?- DİQQƏT
07 may 2021 07:13 (UTC +04:00)

Fəqərəarası disk yırtıqları nə zaman əməliyyat olunmalıdır?- DİQQƏT

Onurğamız xüsusi sümüklər olan fəqərələrdən ibarətdir. Onlar isə birlikdə fəqərə sütunu yaradırlar. Fəqərələr arasında yumru yastıqça tipli fəqərəarası disklər yerləşir. Onların əsas funksiyası amortizasiya, yəni onurğaya düşən yükləmənin davamlılığına xidmət göstərməkdir.
Normal disk jeleye bənzər nüvə və üst sərt qatı olan fibroz həlqədən ibarətdir. Diskin quruluşunda yaranan dəyisikliklər fəqərəarası yırtıqların yaranmasına səbəb olur. Bundan əlavə artıq çəki, passiv və oturaq həyat tərzi, düzgün olmayan qidalanma ,qamət pozulmaları və s. kimi səbəblərdən bu disklər öz suyunu itirir, çatlayır və formasını itirərək ya həmin nahiyyədən çıxan sinir kökünə, ya da onurğa kanalına tərəf yerini dəyişir. Beləliklə, müxtəlif nevroloji fəsadlarla rastımıza çıxan disk qabaramaları və ya disk yırtıqları əmələ gəlir.

Bəs, fəqərəarası disk yırtıqları nə zaman əməliyyat olunmalıdır? Birdəfəlik müalicəsi varmı?

Nevroloq Ülviyyə Səlimova Lent.az-a açıqlamasında bildirir ki, yerləsmə yerindən və ölçüsündən asılı olaraq xəstələrdə müxtəlif simptomlar görmək mümkündür.

“Bunlar əllərdə ,ayaqlarda keyimə, güclü ağrılar, əllərin və ayaqların gücdən düşməsi,tez-tez sidiyə çıxma və ya çıxa bilməmə( ləngimə) kimi çox geniş əlmatlərlə özünü göstərir”.

Müalicəsi necə olmalıdır? Nevroloq bildirir ki, fəqərəarası disk yırtıqları yalnız bu hallarda əməliyyat olunmalıdır:

“1.Əgər xəstədə birdən -birə güclü ağrı ilə yanaşı əl və ya ayaqda gücsüzlük əmələ gəlirsə, sidik- çanaq funksiyası pozulursa, aralıq nahiyəsində hissiyyatsizliq, yandırıcı göynədici ağrılar əmələ gəlirsə,

2.Xəstədə konservativ( dərman,fizioterapiya- reabilitasiyası) müalicə 1 aydan çox müddətdə effekt vermirsə, ağrılari narkotik ağrıkəsicilərlə belə kəsmək mümkün deyilsə, və yenə də sidik- çanaq funksiyası pozulubsa, yuxari və ya aşağı ətraf əzələlərində arıqlama olduğu təqdirdə xəstə əməliyyata göstərişdir”.

Həkim qeyd edir ki, qalan bütün hallarda xəstələr konservativ (əməliyyatsız) müalicəyə cəlb olunmalıdır:

“Fəqərəarası disk yırtıqları inteqrativ üsullarla çox uğurla müalicə olunur. Bu üsulla yırtığın ölçüsünü minimuma endirmək, xəstənin ağrısını ağrıkəsicilərsiz götürmək mümkündür! Çünki inteqrativ tibb xəstəliyi əmələ gətirən əsas səbəbə doğru yönəlir.Və nəticədə xəstələrə uzunmüddətli ağrısız həyat bəxş etmək bizləri sevindirir! Xəstəliyin müalicəsində bir çox inteqrativ tibb üsulları:

Drenaj- detoksikasiya

Homeosiniatriya

Nevral terapiya

Fizioterapiya-reabilitasiya

Osteopatiya və s.kimi üsullardan istifadə olunur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3480
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar