Əriyin bilmədiyimiz FAYDALARI
03 may 2023 11:57 (UTC +04:00)

Əriyin bilmədiyimiz FAYDALARI

Türkiyəli dietoloq və fitoterapist İrem İmrağ A, C və E vitaminləri, kalium, kalsium və fosfor mineralları ilə zəngin olan əriyin faydalarından bəhs edib.

Lent.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, dietoloq bildirir ki, əriyin tərkibindəki A və E vitaminləri sayəsində göz sağlamlığını qoruyur.

Onun sözlərinə görə, ərik bağırsaqdakı faydalı bakteriyaları artırır və sağlamlığını dəstəkləyir:

“Tərkibindəki antioksidant sayəsində bədəndəki sərbəst radikallarla mübarizə aparır. Qaraciyərin sağlamlığını qoruyur. Tərkibindəki yüksək lif sayəsində qəbizliyin qarşısını alır. Həmçinin fosfor sayəsində osteoporozun qarşısını alır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1695
avatar

Arzu Qurbanlı

Oxşar yazılar