Əgər küt və ya yandırıcı ağrı hiss edirsinizsə, oynaqda səhərlər gərginlik və şişkinlik müşahidə olunursa, bu, artritin ilk əlamətləri ola bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Amerikanın Klivlend Klinikasının mütəxəssisləri artritin oynaqlarda ağrıya və iltihaba səbəb olduğunu vurğulayır:
Əllərin barmaqlarında artritin müalicəsi
Elektroforez, diadinamoterapiya, ultrasəs, maqnitoterapiya, masaj, isidici prosedurlar və iynəbatırma (akupunktura). Remissiya (sakitləşmə) dövründə palçıqla müalicə və hidroterapiya (su ilə müalicə) tətbiq olunur. Ağrıları aradan qaldırmaq üçün qeyri-steroid iltihab əleyhinə preparatlardan da istifadə edilir.
Əsas artrit əlamətləri
Oynaqlarda ağrı küt və ya kəskin ola bilər, gecələr yatmağa imkan verməyə bilər;
Zədələnmiş oynağın ətrafındakı toxumalar qızara və toxunarkən ağrılı ola bilər;
Barmaqları bükərkən xırıltı, şaqqıltı və ya sürtünmə səsləri eşidilə bilər;
Barmaqlarınızı tam şəkildə aça və yuma bilmiriniz;
Barmaqların orta oynaqlarında kiçik sümük düyüncükəri (boğaz düyünləri) əmələ gələ bilər;
Oynaqlar şişir, deformasiyaya uğrayır və normal olmayan şəkildə bükülür;
Əllərdə zəiflik hiss edirsiniz;
Gündəlik işləri yerinə yetirərkən əmək qabiliyyətiniz azalır.