Dünyada  İLK DƏFƏ:  Qadın koronavirusun iki mutasiyasından öldü
11 iyul 2021 14:57 (UTC +04:00)

Dünyada İLK DƏFƏ: Qadın koronavirusun iki mutasiyasından öldü

Belçikada yaşlı bir qadın koronavirusdan ölüb.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, xəstəxanaya daxil olduqdan sonra ondan iki infeksiya ştammına yoluxduğunu təsdiqləyən testlər alınıb.

90 yaşlı qadında iki mutasiya – “Alfa” və “Beta” növü, daha dəqiqi Britaniya və Cənubi Afrika ştammı aşkarlanıb. 

Onun iki müxtəlif insandan yoluxduğu ehtimal olunur. Eyni zamanda qadının koronavirusa qarşı peyvəndlənmədiyi də məlum olub. 

Qeyd edək ki, bir insanın koronavirusun iki müxtəlif ştammına yoluxması ilk hadisədir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2664
avatar

Oxşar yazılar