Dörd günə  psixi sağlamlığınızı   yaxşılaşdıracaq meyvə
26 fevral 2024 16:01 (UTC +04:00)

Dörd günə psixi sağlamlığınızı yaxşılaşdıracaq meyvə

Mütəxəssislər cəmi 4 gün ərzində psixi sağlamlığı yaxşılaşdıran meyvəni açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Yeni Zelandiya alimləri müəyyən ediblər ki, kivi yemək cəmi dörd gün ərzində əhvalınızı xeyli yaxşılaşdıra bilər. Ona görə də həyatınızın stresli dövrlərində bu meyvələri qida rasionunuza daxil etməyiniz tövsiyə olunur.

Tədqiqatın həmmüəlliflərindən biri və Otaqo Universitetinin psixologiya üzrə müəllimi Tamlyn Conner bildirib ki, pəhrizinizə kivi əlavə etmək rifahınıza böyük təsir göstərə bilər. Bunu kivinin əhval-ruhiyyəni və ümumi bədən tonusunu yaxşılaşdırmaqda faydaları ilə tanınan C vitamini ilə zəngin olması ilə izah etmək olar.

Bu fərziyyəni yoxlamaq üçün alimlər C vitamini çatışmazlığı olan 155 yetkin üzərində pəhriz təcrübəsi aparıblar.

Səkkiz həftə ərzində iştirakçılara plasebo, 250 mq vitamin C əlavəsi və ya gündə iki kivi verilib və sonra onların əhval-ruhiyyəsi, yuxu keyfiyyəti və fiziki aktivliyi barədə məlumat vermələri istənilib.

Tədqiqatın nəticələri göstərib ki, həm C vitamini qrupu, həm də kivi istehlak edənlər əhvallarının yaxşılaşdığını bildiriblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4308
avatar

Arzu Qurbanlı

Oxşar yazılar