DİQQƏT!  Yuxusuzluq insanı 4 yaş qocaldır
01 may 2024 17:29 (UTC +04:00)

DİQQƏT! Yuxusuzluq insanı 4 yaş qocaldır

Araşdırmalara görə, sadəcə iki gecə qeyri-kafi yuxu insanı bir neçə il yaşlı hiss etdirə bilər. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, isveçli psixoloqların fikrincə, insan iki gecə 4 saat yuxu yatdıqda özünü 4 yaşdan daha qoca hiss edir. 

9 saat yatan insanlar isə özlərini yaşlarından orta hesabla 3 ay kiçik hiss etdiklərini bildiriblər. 

Stokholmdakı Karolinska İnstitutunun psixoneuroimmunoloqu Leonie Balter yuxunun insanın yaş duyğusuna əhəmiyyətli dərəcədə təsir etdiyini qeyd edir. O, iddia edir ki, hətta iki gecə ərzində kifayət qədər yuxu almamaq belə insanın rifahına mənfi təsir göstərə bilər. Özünü zəif hiss etməklə yanaşı, bu vəziyyət qeyri-sağlam qidalanmaya, fiziki fəaliyyətin azalmasına səbəb ola bilər və insanı daha az ünsiyyətcil və yeni təcrübələrə daha az açıq edə bilər. İlk araşdırmada 18-20 yaş arasında olan 429 könüllü cəlb edilib və onlar son bir ay ərzində öz yaşlarını və pis yuxu gecələrinin sayını qiymətləndiriblər. Onların yuxululuq səviyyəsi də psixoloji tədqiqatlarda istifadə edilən standart şkala ilə ölçülüb. 

Araşdırmalar göstərib ki, hər gün qeyri-kafi yuxu bir insanın yaş duyğusunda üç aylıq itki ilə nəticələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2787
avatar

Arzu Qurbanlı

Oxşar yazılar