DİQQƏT!  Yumurtanı soyuducuda saxlamayın, yoxsa...
24 fevral 2023 09:33 (UTC +04:00)

DİQQƏT! Yumurtanı soyuducuda saxlamayın, yoxsa...

Biz ərzaq məhsullarının çoxunu soyuducuda saxlamağa üstünlük veririk. Soyuducular həm xarab olmamaq, həm də təzəliyini qorumaq üçün mükəmməl həlldir. Yəni bütün ərzaq məhsulları soyuducuda saxlanılırmı? Səhər yeməyində tez-tez istifadə etdiyimiz qidalardan biri olan yumurtanı adətən soyuducuda saxlayırıq. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər yumurtanı soyuducuda saxlamağın böyük təhlükə yaratdığını bildirib.

Mütəxəssislər yumurta qabığının məsaməli olduğunu və soyuducudakı bütün qidaların dadlarının dəyişə biləcəyini izah ediblər. Buna görə də yumurtaları soyuducuda deyil, quru və sərin yerdə saxlamağın daha yaxşı olduğu bildirilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2487
avatar

Arzu Qurbanlı

Oxşar yazılar