Sağlam şəkildə arıqlamaq olduqca çətin, amma çəki qazanmaq nisbətən daha asandır.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bəzi vərdişlər kökəlməyə səbəb ola bilər.
1. Çox yatmaq
Yeddi saatdan az, on saatdan çox yatmaq kökəlməyə səbəb olur. 2014-cü ildə aparılan araşdırmalara görə ən yaxşısı 8 saat yatmaqdır.
2. Kifayət qədər günəş şüası almamaq
Günün səhər saatlarında günəş şüası qəbul etmək maddələr mübadiləsini yaxşılaşdırır. Oyandıqdan sonra 20-30 dəqiqə ərzində alınan şüa bədənin kütlə indeksinə müsbət təsir edir.
3. Səhər yeməyini gec yemək
Oyandıqdan sonra bədənin enerji toplaması üçün yemək vacibdir. Buna görə də səhər yuxusundan 10-15 dəqiqə sonra yeməyinizi yeyin. Əgər mədəniz uzun müddət boş qalarsa, iltihab və qastrit yarana bilər.