Həkimlər xərçəngə tutulma riskini artıran məhsulları açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər qida rasionundan müəyyən qidaları xaric etməyi məsləhət görürlər.
Mütəxəssislər işlənmiş ət istehlakını gündə 70 qrama qədər azaltmağı tövsiyə edir. Çünki bu cür qidalar xərçəngə səbəb ola bilər. Alkoqolun istehlakı da təhlükəlidir, çünki süd vəzi, yemək borusu, ağız və boğaz xərçəngi, həmçinin qaraciyər və kolorektal xərçəng riskinin artmasına səbəb ola bilər.
Məlumdur ki, mal, quzu və donuz ətinin həddindən artıq istehlakı xərçəng riskini artırır. Bundan əlavə, gündə iki dəfədən çox şəkərli içki qəbul edən qadınlarda erkən başlayan kolorektal xərçəng riskinin iki dəfədən çox olduğu sübut edilib.