DİQQƏT!  Bu qidalar dərini daha tez qocaldır
27 yanvar 2023 10:10 (UTC +04:00)

DİQQƏT! Bu qidalar dərini daha tez qocaldır

Bəzi qidaların istehlak edilməsi dərinin qocalmağına səbəb ola bilər. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, dərini daha sürətli şəkildə yaşlandıran 6 qida var:

1. Ədviyyatlı qidalar

Ədviyyatlı yeməklərdən tamamilə imtina etməyin. Amma onları istehlak edərkən bir az daha diqqətli olun. Acılı qidalar qan damarlarını genişləndirə bilər, dərinizin qırmızı və ya ləkəli görünməsinə səbəb olur. 

2. Emal edilmiş ətlər

Bu cür məhsullar təkcə ürək sağlamlığınız üçün deyil, dəriniz üçün də imtina etməli olduğunuz qidalar sırasındadır. Kolbasa və onun kimi bütün emal edilmiş ətlərdə yüksək miqdarda doymuş yağ, natrium və sulfitlər var. Bütün bunlar dərini qurudur, iltihaba səbəb olur və kollagen istehsalını zəiflədir. 

3. Spirtli içkilər

Alkoqol bədəni susuzlaşdırır, bu da dərinizə birbaşa təsir göstərir. Axı dərinizin 64%-i sudur. Bundan əlavə, dəriniz güclü spirt istehlakından sonra daha şişmiş görünə bilər. 

4. Şəkərli qidalar

Şirniyyatın həddindən artıq istehlak edilməsi orqanizmə ziyan vurur. Həddin artıq şirniyyatın qəbul edilməsi orqanizmin kollagenə zərər verən müəyyən maddələr istehsal etməsinə səbəb olacaq. Beləliklə, nə qədər çox şəkər istehlak etsəniz, bir o qədər tez qocalırsınız. 

5. Duz

Duz orqanizmi susuzlaşdırır və dəridə ödəm əmələ gətirir. Bu dərinizin qırışmasına səbəb olaraq yaşlanmanızı sürətləndirir. Duzlu yeməklərdən mümkün qədər uzaq durun və yeməyin dadına baxmadan əvvəl duz əlavə etmək vərdişindən imtina edin. Çünki istehlak etdiyiniz bir çox şeyin tərkibində artıq duz var. 

6. Qazlı içkilər

Tərkibində çoxlu şəkər və turşu olan bu içkilər dərinizdə dehidrasiyaya səbəb olur. Mədədən dişlərə qədər orqanizmə bir çox zərərləri olan bu içkiləri su, ayran və sağlam içkilər ilə əvəz edin. Əks halda dəriniz erkən yaşda qırışa bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1917
avatar

Arzu Qurbanlı

Oxşar yazılar