DİQQƏT!  Bu qidalar depressiyaya səbəb olur
01 may 2023 15:06 (UTC +04:00)

DİQQƏT! Bu qidalar depressiyaya səbəb olur

Çinin Zhejiang Universitetinin alimləri qızardılmış qidaların tez-tez istehlakı ilə artan narahatlıq və depressiya arasında əlaqə tapıblar. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatda 140 728 nəfərin məlumatları təhlil edilib. Məlum olub ki, qızardılmış yemək yeyənlərdə narahatlıq və ya depressiya əlamətləri daha çox aşkarlanıb.

Tədqiqatçılar belə qidaları tez-tez istehlak edənlərdə simptomların 7-12 faiz artdığını və ən böyük riskin kartof qızartması yeməklə əlaqəli olduğunu aşkar ediblər.

Alimlər qızardılmış qidaların tez-tez istehlakının psixi sağlamlıq problemlərinə də səbəb olduğunu müəyyən ediblər. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1500
avatar

Arzu Qurbanlı

Oxşar yazılar