Bədənimiz üçün lazım olan sağlam yağlardan başqa bütün yağlar zərərli kateqoriyadadır. İnsan sağlamlığı üçün son dərəcə zərərli olan yağların və işlənmiş qidaların Alzheimer xəstəliyinə tutulma riskini artırdığı elmi şəkildə sübuta yetirilib. Hazırda Alzheimer xəstəliyinin müalicəsi olmasa da, sağlamlığınızı qorumaq üçün atacağınız addımlar var.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalar müəyyən qidaların Alzheimer riskini təxminən 75 faiz artıra biləcəyini göstərib.
Zərərli yağla hazırlanmış, mənşəyi bilinməyən, işlənmiş ətdən hazırlanan qidalar Alzheimer riskini artırır.
Bundan əlavə, həmçinin un, şəkər, duz, makarondan hazırlanmış qidaların, qəhvə və qazlı içkilərin həddindən artıq istehlakı bu Alzheimer riskinin artmasına səbəb ola bilər.