Merilend Universitetinin Tibb fakültəsinin tədqiqatçıları insanın qan qrupunun erkən insult riski ilə əlaqəsi olduğunu müəyyən ediblər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, erkən yaşda insulta ikinci qan qrupunun sahiblərində daha çox rast gəlinir. Tədqiqatçılar meta-analizə 60 yaşdan kiçik insanlarda baş verən işemik insultların genetik tədqiqatlarından əldə edilən bütün məlumatları daxil ediblər. Onlar həmçinin insultla əlaqəli genetik variantları müəyyən etmək üçün bütün xromosomları təhlil ediblər.
Tədqiqat göstərir ki, insult riski ən az birinci qan qrupu olan insanlarda rast gəlinir.