DİQQƏT!  Bu əlamətləriniz varsa, məktəbə və işə GETMƏYİN
03 fevral 2023 10:46 (UTC +04:00)

DİQQƏT! Bu əlamətləriniz varsa, məktəbə və işə GETMƏYİN

Mütəxəssislər “Strep-A” infeksiyası ilə bağlı xəbərdarlıq edib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər “Strep-A” bakteriyasına yoluxan şəxslərin bir gün ərzində evdən çıxmamalarını bildirib:

“Bakteriyaya yoluxan şəxslər evdə müalicəsi almalı, məktəbə və ya işə getməməlidir. İnsanlar arasında “beta” olaraq bilinən “A qrupu beta-hemolitik streptokoklar” boğaz, burun və dəridə yaşayan bakteriyaların törətdiyi infeksiyalardır. Bu xəstəlik daha çox boğazda iltihab və ya infeksiya şəklində müşahidə olunur. Xəstəlik ağrı və səpgi ilə özünü göstərir. "Strep-A" xəstə insanlardan öskürək vasitəsilə yayılır. Hazırda bu bakterial infeksiyanın qarşısını almaq üçün peyvənd yoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2709
avatar

Arzu Qurbanlı

Oxşar yazılar