Ürək və revmatizm kimi xəstəliklərin müalicəsində və sızanaqlara qarşı istifadə edilən bəzi dərmanlar dərini çox həssaslaşdırır. Buna görə də o günəşin təsiri ilə onların dəri xərçəngi riski artır.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, həkim Ayşe Akbaş bildirib ki, dəri xərçənginin yaranmasında genetik faktorlar və iqlim şəraiti təsirlidir.
Onun sözlərinə görə, dəri xəstəlikləri olan insanlarda xərçəngə tutulma riski daha yüksəkdir:
“Xüsusilə dəri xərçənginə tutulma riski daha yüksəkdir. Uşaqlıq dövründə 6 aydan sonra günəşli yerlərdə yaşayanlar aprel ayından başlayaraq qoruyucu tədbirlər görməlidirlər. Böyüklər mütləq qoruyucu kremlərdən istifadə etməlidirlər”.