DİQQƏT!  Böyrək daşını bu qidalar yaradır
19 avqust 2023 19:30 (UTC +04:00)

DİQQƏT! Böyrək daşını bu qidalar yaradır

Rusiyalı məşhur həkim Aleksandr Myasnikov hansı faktorların böyrəklərdə daş yaratdığını açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, daha çox piylənmə, diabet, sidik yollarının infeksion xəstəliyi olan, sidik turşusu çox olan, qalxanvari vəzin problemlərində və az su içən insanlarda daş yaranır.

Onun sözlərinə görə, qidada nə qədər çox natrium olarsa, o qədər çox kalsium yuyulub çıxır:

“Bu da nəticədə böyrəklərdə süzülə bilməyən daşların yaranması deməkdir. Ət sidik turşusunun miqdarını artırır, sidikdə kalsini çoxaldır, bu da daşlara çevrilir. Daha çox kişilərdə böyrək daşlarının səbəbi də elə ət məhsullarını çox yemələrindəndir. İspanaq, bəzi göyərtilər, kərəviz – oksalat daşları yaradır. Çox yedikdə sidik turşusu artır. Alkoqol və qazlı içkilərdə olan fosfor turşusu sidik yollarında dəyişiklik yaradır, xroniki böyrək daşı xəstəliyinə səbəb olur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3360
avatar

Arzu Qurbanlı

Oxşar yazılar