Gözəl dəriyə qovuşmağın ilk qaydası sağlam olmaqdır. Sağlam orqanizm üçün isə düzgün qidalanmaq lazımdır.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki. bəzi qidaları davamlı olaraq qəbul etmək insan dərisinin gözəlləşməsinə səbəb olur.
1. Günəbaxan yağı
Günəbaxan yağı E vitamini ilə zəngindir. Orqanizmdə E vitaminin normal miqdarda olması isə dərinin gün şüalarından qorunması deməkdir. Mütəxəssislər yulaf əzməsi ilə günəbaxan yağı qarışımından hazırlanan maskanın üz dərisi üçün faydalı olduğunu qeyd edirlər. Bu maskadan istifadə edərkən isə diqqətli olmaq lazımdır, çünki normadan çox tətbiq edilməsi dərinin yağlanmasına səbəb ola bilər.
2. Şokolad
Şokolad insan dərisi üçün çox faydalıdır. Şokolad nəinki insan orqanizmi üçün faydalı sayılır, o hətta dərinin gözəl görünməsi üçün də lazımlı qidalardan hesab edilir. Keyfiyyətli və normasında qəbul edilən şokolad dəri sızanaqlarının əmələ gəlməsinə səbəb olmur.
3. Kətan toxumu
Kətan toxumunun tərkibi omeqa-3 yağı ilə zəngindir. Hər gün kətan toxumu yemək dərini gəncləşdirir, dəri xəstəliklərini sağaldır və insanı yaşından cavan göstərir.
4. Qatıq
Davamlı olaraq dəriyə yağlı qatıq sürtmək qırışların aradan qalxmasına səbəb olur.
5. Şirin kartof
Şirin kartofun tərkibi A və C vitaminləri ilə zəngindir. Onun suyunu dəriyə sürtmək dərinin gözəlləşməsinə səbəb olur.