“Delta” artıq qorxulu deyil –  Hansı peyvənd daha təsirlidir?
16 sentyabr 2021 13:53 (UTC +04:00)

“Delta” artıq qorxulu deyil – Hansı peyvənd daha təsirlidir?

Bütün peyvəndlər xəstəxanaya yerləşdirilmənin və xəstəliyi ağır keçirməyin qarşısını almaqda təsirlidir.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, “Moderna” peyvəndi “Pfizer” və Johnson & Johnsondan daha çox COVID-19-un “Delta” ştammına qarşı daha yüksək effektivlik göstərib.

Bu haqda Reqenştrayf universitetindən açıqlama verilib.

“Araşdırma məlumatları göstərir ki, “Moderna” peyvəndi “Delta” ştammına qarşı “Pfizer” və Johnson & Johnson peyvəndlərindən daha təsirli olur.

Milli bir araşdırmaya görə, COVID-19 peyvəndi “Delta” ştammına yoluxanların xəstəxanaya yerləşdirilməsinin və təcili yardıma qəbulunun qarşısını almaqda təsirlidir.

Araşdırmanın nəticələri:

* Modernanın effektlik göstəricisi – 95 faiz;

* Pfizer – 80 faiz:

* Johnson & Johnson – 60 faiz.

Təcili yardım şöbələrinə qəbulun qarşısını alır:

* Modernanın effektlik göstəricisi – 92 faiz;

* Pfizer – 77 faiz;

* Johnson & Johnson – 65 faiz.

Elm adamları bu nəticələrin daha da izlənilməsi və qiymətləndirilməsinin lazım olduğunu söyləyirlər.

Onların fikrincə, peyvənd COVID-19-a qarşı ən güclü mübarizə vasitəsidir.
 
 

# 2739
avatar

Oxşar yazılar