COVID  insan beyninin   20 ilə qədər  ÖMRÜNÜ ALIR
20 fevral 2024 14:42 (UTC +04:00)

COVID insan beyninin 20 ilə qədər ÖMRÜNÜ ALIR

Alimlər müəyyən ediblər ki, COVID insan beynindən 20 ilə qədər həyat alır. Bəzi xəstələr üçün infeksiyanın nəticələri ciddi travmatik beyin zədələrinə bənzəyir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hələ pandemiyanın ilk illərində həkimlər diqqəti “beyin dumanı”na cəlb edirdilər: yorğunluq, yaddaş və konsentrasiya ilə bağlı problemlər toplusu.

2022-ci ildə aparılan araşdırmaya görə, Coviddən əziyyət çəkən xəstələrin 46 faizi bu problemdən şikayətlənir. Liverpul Universitetinin İnfeksion Neyrobiologiya Laboratoriyasının direktoru Benedikt Mayklın rəhbərlik etdiyi alimlər qrupu bir il əvvəl koronavirusdan sağalmış xəstələr üzərində araşdırma aparıb.

İştirakçılar koqnitiv testdən keçib, qan nümunəsi verib və beyin skan edilib. Alimlərin araşdırmasının nəticəsi diqqətlə əlaqəli beynin bəzi sahələrinin həcmi azaldığını və bir sıra biomarkerlər hətta travmatik beyin zədəsini göstərə bilər. Coviddən əziyyət çəkəndən sonra beyin bir anda 20 il yaşlanıb.

Tədqiqatçılar hələ "beyin dumanının" insanda əbədi qaldığını və ya infeksiyanın nəticələrinin geri qaytarıla biləcəyini müəyyən etməyiblər.

Neyropsixoloq Karla L. Consonun fikrincə, onların işinin ən mühüm nəticələri arasında “dumanın” real olduğuna dair sübutlar var və bu barədə şikayətlər uydurma deyil. Başqa bir araşdırmaya görə, bir çox xəstələr həkimləri dəqiq təsvir edə bilmədikləri fiziki xəstəlik həqiqətinə inandırmaqda çətinlik çəkirdilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3687
avatar

Fidan İlqar

Oxşar yazılar