COVID-19-un insan bədənində 7  ay qala bilər –  İDDİA
27 dekabr 2021 05:21 (UTC +04:00)

COVID-19-un insan bədənində 7  ay qala bilər – İDDİA

Koronavirus bədənin əksər orqanlarına, xüsusən də ürək və beyinə nüfuz edə bilir və orada yeddi aydan çox qala bilir.
 
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bunu ABŞ Milli Sağlamlıq İnstitutunun (NIH) alimlərinin araşdırmasının nəticələri sübut edir.
 
Mütəxəssislərin COVID-19-dan dünyasını dəyişən 44 nəfərin meyitindən götürdüyü nümunələrin analizindən məlum olub ki, beynin bütün bölgələri də daxil olmaqla, bir çox anatomik yerlərdə, əlamətlər başlayandan 230 günə qədər davamlı SARS-CoV-2 RNT tapılıb.
 
Alimlərin fikrincə, koronavirus bədənin demək olar ki, bütün orqanlarında aşkar edilib və hətta yüngül səlamətləri olan xəstələrdə də geniş yayılıb. Eyni zamanda, tənəffüs yollarından kənarda ciddi iltihab müəyyən edilməyib. Tədqiqat hələ müstəqil ekspertlər tərəfindən təsdiqlənməyib.
 
Bundan əvvəl Ohayo ştatındakı universitetin amerikalı alimləri koronavirusun yayılmasının “gizli” yolunu kəşf ediblər. Həkimlərin fikrincə, SARS-CoV-2 antiteldən yayınmağı öyrənib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1578
avatar

Oxşar yazılar