Çiyələk ilə hansı məhsulları birgə yemək olar? 
14 may 2024 10:31 (UTC +04:00)

Çiyələk ilə hansı məhsulları birgə yemək olar? 

Çiyələyin müəyyən qidalarla birləşməsi həzm problemlərinə səbəb ola bilər. 

Lent.az xarici mtbuata istinadən xəbər verir ki, mütəxəssislər çiyələyi süd məhsulları ilə birləşdirməyi məsləhət görürlər.

Tərkibindəki kalsium çiyələyin tərkibindəki turşuların həzm sisteminə mənfi təsirini neytrallaşdırır. Çiyələk müxtəlif dənli bitkilərə də əlavə edilə bilər, bu səhər yeməyi üçün əla seçimdir.

Bundan əlavə, çiyələyi banan, portağal, qarğıdalı, ananas, badam və püstə ilə yemək məsləhətdir

Qeyd edək ki, çiyələyi xüsusilə nişastalı qidalar, paxlalılar, göbələklər, yumurta və balıqlarla birləşdirməməlisiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5049
avatar

Arzu Qurbanlı

Oxşar yazılar